EN

Aleksey Overçuk Azərbaycana təşəkkür etdi

ZƏNGİLAN, 16 aprel. TELEQRAF

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya vətəndaşlarının İrandan təxliyəsi və humanitar yüklərin çatdırılmasında göstərdiyi köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Baş nazirinin müavini Aleksey Overçuk bu gün Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında deyib.

"Rusiya vətəndaşlarının İrandan təxliyəsi və İran xalqı üçün humanitar yüklərin çatdırılmasında göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən təşəkkürümü bildirirəm. Bayram günlərinə baxmayaraq, Azərbaycan 500-dən çox vətəndaşımızın təxliyəsində, həmçinin dərman və qida məhsullarının çatdırılmasında zəruri köməkliyi göstərdi", - deyə qeyd edib.

Chosen
18
1
teleqraf.com

2Sources