EN

18 illik evlilik bitdi

Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyəli aktrisa Bihter Dinçel ilə səhnə dizayneri Barış Dinçel boşanıb.

Axşam.az xəbər verir ki, cütlük 18 illik evliliklərini qarşılıqlı razılaşma ilə rəsmi şəkildə sonlandırıb. "Hürriyet" qəzetinin məlumatına görə, məhkəmə uşağın qəyyumluğunun bölüşdürülməsi və atanın ayda 25 min lirə (950 manat) aliment ödəməsi barədə qərar verib. Bihter isə boşandıqdan sonra keçmiş ərinin soyadından istifadə etməyə davam edə biləcək.

Qeyd edək ki, Bihterlə Barış 2008-ci ildə nikah masasına əyləşib. Onların Yağmur Ali adlı 15 yaşlı bir oğulları var.

Bihter hazırda "Cennetin çocukları" serialında rol alır. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
axsam.az

1Sources