EN

AccessBank-ın xalis mənfəəti 29%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

AccessBank 2026-cı ilin yanvar-mart aylarında əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib. 

Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, hesabat dövründə AccessBank-ın xalis mənfəəti 12 milyon 995 min manat təşkil edib.  Bu, illik müqayisədə 2 milyon 946 min manat və ya 29,3% çoxdur.

Bankın aktivləri 2025-ci ilin sonu ilə müqayisədə 0,08% artaraq 2026-cı ilin 31 mart tarixinə 1 milyard 771 milyon 869 min manat təşkil edib.

Bankın kredit portfeli 7 milyon 105 min manat və ya 0,5% artaraq 31 mart tarixinə 1 milyard 341 milyon 304 min manata yüksəlib. Hesabat dövründə AccessBank-ın depozit portfelinin həcmi isə 1 milyard 96 milyon 540 min manat təşkil edib. Bunun 905 milyon 389 min manatını fiziki şəxslərin depozitləri, 191 milyon 151 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
40
banco.az

1Sources