EN

Ermənistanda seçkiqabağı rüşvət işi ilə bağlı 14 nəfər saxlanılıb

Ermənistanda seçki öncəsi rüşvətin verilməsi və alınması ilə bağlı cinayət işi çərçivəsində Samvel Karapetyanın "Güclü Ermənistan" partiyasının 14 üzvü saxlanılıb.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Komitəsinin məlumatında deyilir.

Məlumata görə, aprelin 16-da səhər saatlarında hüquq-mühafizə orqanları Artaşat şəhərində "Güclü Ermənistan" partiyası üzvlərinin ofis və evlərində axtarışlar aparıb, daha sonra isə saxlanılmalar həyata keçirilib.

Komitədən zərurət yaranacağı halda əlavə məlumatın veriləcəyi bildirilib.

Chosen
27
far.az

1Sources