EN

Zəngilanda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclası keçirilir

Bu gün Zəngilanda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclası keçirilir.

Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və rusiyalı həmkarı Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələri də iştirak edirlər.

Görüş zamanı Azərbaycan və Rusiya arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığa dair geniş spektrli məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır.

Chosen
17
8
teleqraf.com

10Sources