Milli.Az xəbər verir ki, ən çox deyilən yalanların siyahısına adətən belə cümlələr daxildir: "Yoldayam" (halbuki hələ evdən çıxmamısan), "5 dəqiqəyə ordayam", "Zəngini görmədim", "Pul olanda qaytaracam", "Heç vaxt belə şey etmərəm", "Sonuncu dəfədir", "Sabah başlayıram", "Yemək yemişəm", "Sadəcə baxırdım", "Səni narahat etmək istəmirdim". Bu ifadələr insanların gündəlik ünsiyyətində o qədər yayılıb ki, artıq bir çox hallarda ciddi qəbul olunmur.
Psixoloq Vüsalə Rüstəm bildirib ki, bu tip yalanlar daha çox sosial münasibətləri qorumaq və konfliktlərdən qaçmaq üçün istifadə olunur. Lakin bu vərdişin tez-tez təkrarlanması etimadı zəiflədə və münasibətlərə zərər verə bilər: "Yalan danışmaq, çoxbilmişlik etmək fərasət deyil. İkitərəfli münasibətlər səmimi olmağı tələb edir. Uzunmüddətli əlaqələr baxımından bu, çox vacibdir"./metbuat.az