EN

Ermənistanda “müdaxilə əlamətləri” olan xarici televiziya proqramlarını qadağan edildi

BAKI, 16 aprel. TELEQRAF

Ermənistan parlamenti ikinci-sonuncu oxunuşda “Audiovizual Media haqqında” qanuna ölkənin daxili işlərinə müdaxilə əlamətləri olan xarici proqramların yayımlanmasını qadağan edən düzəlişləri təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan məlumat verib.

“Layihə tənzimləyici dövlət orqanına müharibəyə çağırış və Ermənistanın daxili işlərinə müdaxilə üçün standartlar müəyyən etmək səlahiyyəti verəcək. Qəbul edilmiş düzəlişlərə və əlavələrə əsasən, audiovizual proqramların qadağan edilməsi üçün hallar müəyyən ediləcək və daxili işlərə müdaxilə edən materialların ötürülməsi qadağan olunacaq””, - o bildirib.

Chosen
42
teleqraf.com

1Sources