ABŞ administrasiyası Rusiya neftinə qarşı sanksiya güzəştlərini uzatmağı planlaşdırmır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Naziri Skott Bessent bildirib.
Bessent Ağ Evdəki brifinqdəki çıxışında deyib:
“Biz Rusiya nefti üçün ümumi lisenziyanı yeniləməyəcəyik və İran nefti üçün ümumi lisenziyanı yeniləməyəcəyik. Bu, 11 martdan əvvəl tankerlərdə dənizlərdə olan neftə aid idi. Beləliklə, bütün bunlar artıq istifadə olunub".
Xatırladaq ki, 12 martda ABŞ artıq dənizdə tankerlərə yüklənmiş Rusiya neftinə qarşı sanksiyaları ləğv etmişdi. Məhdudiyyətlərə istisnalar 11 aprelə qədər qüvvədə idi.