EN

Özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb

Bakı. Trend:

Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək bankkartından 400 manatının oğurlandığını bildirib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərləəməli törətməkdə şübhəli bilinən 42 yaşlı İ.Tahirov müəyyənedilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, zərərçəkənəzəng edərək özünü bank əməkdaşı kimi təqdim edib. Daha sonra kartdatexniki problem olduğunu bildirərək qarşı tərəfin hesabında olanpul vəsaitini oğurlayıb.

Araşdırmalar davam etdirilir.

Chosen
9
20
az.trend.az

10Sources