Prezident Sarayının Təminatı şöbəsinin müdiri Sultan Dadaşov vəfat edib.
Pravda.az Sfera.az-a istinadən xəbər verir ki, 2022-ci ildə motosiklet sürücüsünü vuraraq təhqir etməklə gündəmə gələn Sultan Dadaşov Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının Təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb.
Mərhumla vida mərasimi Heydər məscidində keçiriləcək.
Tarix: 16 Aprel 2026, 13:05