
Bu ilin ilk 2 ayında Azərbaycan xarici ölkələrə ümumi dəyəri 1 milyard 285,4 milyon dollar olan 4 milyard 380,7 milyon kubmetr təbii qaz satıb.
Yeniavaz.com xəbər verir ki, ixrac olunan təbii qazın 1 000 kubmetrinin orta gömrük dəyəri 293,4 dollar (499 manat) olub.
Qeyd edək ki, Azərbaycan təbii qazı 8 ölkəyə satıb.
Təbii qazın satıldığı ölkələr, satılan qazın miqdarı və 1000 kubmetrinin gömrük dəyəri belə olub:
İtaliya – 1,49 milyard kubmetr (377,1 dollar);
Türkiyə – 1,64 milyard kubmetr (147,0 dollar);
Gürcüstan – 569,6 milyon kubmetr (121,0 dollar);
Bolqarıstan – 268,9 milyon kubmetr (301,5 dollar);
Yunanıstan – 174,9 milyon kubmetr (409,7 dollar);
Suriya – 160,5 milyon kubmetr (336,0 dollar);
Serbiya – 69,3 milyon kubmetr (364,3 dollar);
İran – 3,1 milyon kubmetr (67,3 dollar).
Göründüyü kimi, Azərbaycan qazının ən yüksək gömrük dəyəri Yunanıstana, ən aşağı isə Gürcüstana satılan qazda qeydə alınıb.
Məlumat üçün qeyd edək ki, İrana satılan təbii qaz İranın Naxçıvana verdiyi təbii qazın əvəzində eyni qiymətə satılır.
Elnur Əli