EN

Ərini öldürən qadına və sevgilsinə AĞIR CƏZA

Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasovanın və Zahir Soltanovun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb.

 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, Leyla Abbasova 15 il, Zahir Soltanov isə 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı İsmayıl Cavadlı ittiham nitqi ilə çıxış edərək məhkəməyə L.Abbasovanın 17 il, Zahir Soltanovun isə 19 il müddətinə azadlıqdan məhrum olunmalarını təklif etmişdi.

Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2025-ci il avqustun 9-da Daxili İşlər Nazirliyi 29 yaşlı İkram Piriyevin Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb.

Zahir Soltanov və Leyla Abbasova 15-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıblar.

Təqsirləndirilənlər sevgili olduqlarını məhkəmədə etiraf ediblər.

Qətlə yetirilən İkram Piriyev isə təqsirləndirilən Leyla Abbasovanın həyat yoldaşı olub.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Chosen
19
5
7news.az

8Sources