Yazını böyüt
Yazını kiçilt
Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi maarifləndirmə və təbliğat işlərini davam etdirir. Bu çərçivədə mina təhlükəsi ilə bağlı hazırlanan videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün əhalinin maarifləndirilməsi həyata keçirilir.
Bu barədə Hafta.az-a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, növbəti tədbir Ağdam şəhərinə köçürülən ailələr arasında keçirilib.
Görüşdə mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib.