“Real”ın baş məşqçisi Alvaro Arbeloa mövsümün sonunda komandadan ayrılacaq.
İdmanxeber.az-ın məlumatına görə, klub yayda genişmiqyaslı yenidənqurma planlaşdırır. Arbeloa yanvarda vəzifəyə gətirilmiş və Xabi Alonsonu əvəzləmişdi.
Madrid təmsilçisi Çempionlar Liqasının 1/4 finalında Bayern Munichə (ümumi hesab 4:6) uduzaraq turnirlə vidalaşıb. Komanda hazırda La Liqada lider Barcelonadan 9 xal geri qalaraq 2-ci pillədədir.