EN

Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı bərpa etmək istəyir

BAKI, 16 aprel. TELEQRAF

“ABŞ tərəfi ilə gündəlik rejimdə işləyirik. Onlara strateji tərəfdaşlığın bərpası ilə bağlı mövqeyimiz çox yaxşı məlumdur”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili deyib.

Nazir Co Bayden administrasiyası dövründə Vaşinqton tərəfindən qəbul edilən yanaşmaları tənqid edib və Gürcüstana qarşı qərarları “ədalətsiz” adlandırıb:

“Co Bayden administrasiyası tərəfindən qəbul edilən qərar ədalətsiz idi. Gürcüstan regionda ABŞ üçün etibarlı tərəfdaş olduğu halda belə yanaşma yalnız ədalətsizlik kimi qiymətləndirilə bilər”.

Boçorişvilinin sözlərinə görə, Donald Tramp administrasiyası dövründə ABŞ-nin Gürcüstana yanaşmalarında dəyişiklik müşahidə olunur, bu da ikitərəfli münasibətlərin inkişafı üçün yeni imkanlar yaradır. O əlavə edib ki, iki ölkə arasında intensiv əlaqələr davam edir.

Chosen
18
teleqraf.com

1Sources