EN

İsrail və ABŞ İran məsələsində ortaq mövqeyə malikdir – Binyamin Netanyahu

"Bizim və ABŞ-ın məqsədləri üst-üstə düşür”

Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.

“Biz nüvə materiallarının İrandan çıxarılmasını və uranı zənginləşdirmək imkanının aradan qaldırılmasını istəyirik. Əlbəttə ki, əsas gəmiçilik marşrutları boyunca hərəkətin bərpa olunmasını da istəyirik".

Netanyahu bildirib ki, Amerika müttəfiqləri İsraili İranla əlaqələri barədə daim məlumatlandırırlar. İsrailin Baş naziri qeyd edib ki, ABŞ-İran danışıqlarının nəyə gətirib çıxaracağını bilmir, ona görə də İsrail hərbi əməliyyatların bərpası da daxil olmaqla, istənilən ssenariyə hazırdır.

Chosen
11
herbiand.az

1Sources