EN

Hərbi həkim komissiyasının sabiq rəisinin işi üzrə proses başlayıb

Bakı. Trend:

Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının sabiqrəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmə prosesibaşlayıb.

Trend xəbər verirki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə anket məlumatlarıdəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili vəsatət verib.

O, müvəkkilinin rüşvətfə ittiham olunduğu bir hissəninçıxarılmasını, ev dustaqlığına buraxılmasını xahiş edib.

Məhkəmə ev dustaqlığı ilə bağlı vəsatəti təmin etməyib, digərvəsatəti isə baxılmamış saxlayıb. İşin məhkəmə baxışına verilməsibarədə qərar qəbul olunub. Növbəti baxış iclası 23 aprel tarixinətəyin edilib.

Rasim Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifəsaxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifəsəlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittihamedilib.

Chosen
24
1
az.trend.az

2Sources