EN

"Düşmən ölkələrlə məlumat paylaşmaq əməkdaşlıq sayılır" - İran rəsmisi

İranın məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsəni Ejei düşmən hesab edilən ölkələrlə məlumat mübadiləsinə dair açıqlama verib.

Redaktor.az xəbər verir ki, o, cümə axşamı çıxışı zamanı yer məlumatlarının və digər informasiya mübadiləsinin birbaşa əməkdaşlıq kimi qiymətləndirilə biləcəyini bildirib.

Ejei qeyd edib: “Düşmənə ünvan göndərən şəxs kiçik bir iş görməyib. Bu cür hərəkətlər ciddi xarakter daşıyır və qiymətləndirilməməlidir”.

O əlavə edib ki, kiberməkanda düşmənə yardım edən digər fəaliyyətlər də ciddi şəkildə nəzərə alınmalı və qiymətləndirilməlidir.

Aminə ŞAHSUVARQIZI

Chosen
17
1
redaktor.az

2Sources