EN

Dərəyə düşən 3 yaşlı uşaq həyatını itirib

Türkiyənin Karaman şəhərində evlərinin qarşısında oynayan 3 yaşlı Bayram Ali Şimşek bir müddət sonra itkin düşüb.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, ailə uşağı öz imkanları ilə tapa bilmədikdən sonra vəziyyət barədə aidiyyəti qurumlara məlumat verib. 

Kənd sakinlərinin də iştirakı ilə aparılan axtarışlar nəticəsində uşağın meyiti evlərinə təxminən 500 metr məsafədə yerləşən dərədə aşkarlanıb.

İlkin ehtimallara görə, uşağın yıxılaraq boğulduğu bildirilir.

Chosen
20
azedu.az

1Sources