Bu ilin yanvar-mart aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 5 milyon 77 min 834 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasında qeyd olunub.
Azərbaycandan ixrac edilən xam neftin dəyəri 2 milyard 500 milyon 709,5 min ABŞ dolları təşkil edib.
İxrac edilən xam neftin həcmi 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 15,5 %, dəyəri isə 25,1 % azdır.
Ötən üç ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 46,29 % olub.
Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.
Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.
Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.