Bakı. Trend:
İDDO Psixi Sağlamlıq Proqramı tərəfindən Beynəlxalq AutizmMəlumatlandırma Ayı çərçivəsində 18 aprel 2026-cı il tarixindəNizami Kino Mərkəzində “II Autizm Maarifləndirmə Forumu” –“Autizmdə Bütöv Yanaşma” mövzusunda maarifləndirici və yüksəksosial əhəmiyyət daşıyan tədbir keçirilib.
İDDO Psixi Sağlamlıq Proqramının rəhbəri Jalə Əhmədova forumuntəşkilində əsas məqsədin valideynlərin maarifləndirilməsi,mütəxəssislərin daha məsuliyyətli fəaliyyət göstərməsi və autizmliuşaqların cəmiyyətə inteqrasiyasının vacibliyinin vurğulanmasıolduğunu qeyd etdi. O, həmçinin bu sahənin strukturlaşdırılmasınınəhəmiyyətini diqqətə çatdıraraq, artıq bu istiqamətdə mühümaddımların atıldığını və tənzimlənmə mexanizmlərininformalaşdırılması üzrə işlərin aparıldığını bildirdi.
O, həmçinin psixologiya mərkəzlərinin və psixoloji xidmətlərintənzimlənmə mexanizmi kimi standartlaşdırma komitəsininyaradıldığını və 2026-cı il ərzində multidissiplinar komandaçərçivəsində (art-terapevt, əmək terapevti, sensor inteqrasiyamütəxəssisi, idman mütəxəssisi, psixopedaqoq, loqoped və psixoloq)etik kodeksin, diaqnostika və reabilitasiya standartlarınınhazırlanmasının planlaşdırıldığını diqqətə çatdırdı. Bustandartların tətbiqinin erkən diaqnostikanın yaxşılaşdırılmasınavə qeyri-peşəkar fəaliyyətlərin qarşısının alınmasına xidmətedəcəyi vurğulandı.
Forumun fəxri qonaqları sırasında Azərbaycan Respublikasınınİnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Millətvəkilləri İlham Məmmədov, Elçin Mirzəbəyli, Məlahət İbrahimqızı,Aydın Hüseynov və Elman Nəsirov, Könül Nurullayeva, MehribanVəliyeva və digər dövlət qurumlarının nümayəndələri iştirakediblər.
Çıxış edənlər qeyd etdilər ki, autizm spektr pozuntuları müasirdövrdə cəmiyyətimizdə geniş yayılmış və xüsusi diqqət tələb edənməsələlərdən biridir. Bu cür forumların davamlı keçirilməsivalideynlərin düzgün istiqamətləndirilməsi və cəmiyyətdəməlumatlılığın artırılması baxımından xüsusi aktuallıq kəsbedir.
İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Nəzərliçıxışında autizm spektr pozuntusunun erkən diaqnostikasının 6–9aylıq dövrdən başlanmasının vacibliyini vurğuladı. O qeyd etdi ki,bir çox hallarda diaqnozların gec qoyulması müşahidə olunur və 3yaşında qoyulan diaqnozlar artıq gec hesab edilə bilər. Eynizamanda, xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasındamultidissiplinar komandanın iştirakının zəruri olduğunubildirdi.
Forum çərçivəsində Türkiyə Respublikasından dəvət olunmuşixtisaslı mütəxəssislər də çıxış etdilər.
Dr. Anıl Gürkan “QEEG ilə beyin xəritələmə: Autizmdə beyinə necəbaxırıq?” mövzusunda çıxış edərək QEEG-in mahiyyəti, autizmliuşaqlarda müşahidə olunan beyin şəbəkə modelləri, dil, diqqət vəsosial qarşılıqlı əlaqə şəbəkələrinin qiymətləndirilməsi, eləcə dəbu metodun imkan və məhdudiyyətləri barədə məlumat verdi.
Dr. Murat Balanlı və dietoloq Ramilə İmanova autizmdə tez-tezrast gəlinən həzm sistemi problemləri, mikrobiota ilə davranışarasındakı əlaqə, sistemik iltihabın təsiri, həmçinin yeni nəsilbioloji yanaşmalar və bu sahədə aparılan müasir tədqiqatlar barədətəqdimatla çıxış etdilər.
Psixoloq Yeliz Ceylan isə autizmdə davranış, emosiyalarıntənzimlənməsi və ailə yanaşması mövzusunda çıxış edərək davranışçətinlikləri, sensor həssaslıq, “meltdown” və “tantrum” arasındakıfərq, eləcə də ailələrin yol verdiyi tipik səhvlər və evdə tətbiqoluna biləcək dəstək üsulları haqqında məlumat verdi.
Forum zamanı iştirakçıların sualları cavablandırılmış,valideynlər üçün maarifləndirici müzakirələr aparılmışdır.
Sonda qeyd olundu ki, bu cür təşəbbüslərin dəstəklənməsiinklüziv cəmiyyətin formalaşmasına, xüsusi qayğıya ehtiyacı olanuşaqların sosial inteqrasiyasına və onların gələcək inkişafimkanlarının genişləndirilməsinə mühüm töhfə verir.