Bu gün İranın cənub-qərbində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan rayonunda 3 polis əməkdaşı öldürülüb.
Day.Az bu barədə İran mediasına istinadən məlumat verib.
Â
Asayişi təmin edən polis əməkdaşlarının naməlum silahlılar tərəfindən öldürüldüyü bildirilir.
Məlumata görə, aktı törədən şəxslər hadisə yerindən qaçıblar və onların axtarışı davam etdirilir.