EN

“Tehran Hörmüz boğazında Amerika gəmilərini batıracaq” - İranın Ali rəhbərinin hərbi müşaviri

“ABŞ dar su yoluna nəzarət etmək qərarına gələrsə, İran Hörmüz boğazında Amerika gəmilərini batıracaq”.

Missiya.Az xəbər verir ki, bunu İranın Ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi deyib.

O bildirib ki, sahilə çıxdıqları təqdirdə Amerika əsgərlərini girov götürəcəklər və hər əsir üçün bir milyard dollar tələb edəcəklər.

"ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının polisi olmaq istəyir, amma biz heç bir halda dəniz blokadası ilə bağlı qısa danışıqlarda irəli sürdüyümüz on şərtdən geri çəkilməyəcəyik", - deyə Rzayi vurğulayıb.

Hərbi müşavir həmçinin qeyd edib ki, atəşkəsin uzadılması qətiyyən bizim xeyrimizə deyil:

“Bu mənim şəxsi fikrimdir. Təzyiqlər gücləndirilməlidir, raket buraxıcılarımız artıq gəmilərə bağlanıb və biz hamısını batıracağıq. Atəşkəs yalnız bütün razılaşmalarımız və hüquqlarımız yerinə yetirildikdən, o cümlədən İranın Təhlükəsizlik Şurasına bəyanat təqdim edildikdə məna kəsb edəcək", - deyə Rzayi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
33
missiya.az

1Sources