EN

Şirvanda 15 min manatlıq oğurluq edən şəxslər tutuldular

Şirvanda oğurluq hadisəsi baş verib.


Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Emin Abbasov və Ağa Dəmirov saxlanılıblar. Onlar qeyd edilən mənzildən 15 000 manat nağd pul vəsaiti oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Chosen
6
24
manset.az

10Sources