EN

İsraillə “Hizbullah” arasında qarşıdurmalar şiddətləndi

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün səhər saatlarında Bint Cbeil qəsəbəsində “Hizbullah” qüvvələri ilə İsrail hərbçiləri arasında şiddətli silahlı toqquşma baş verib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Livan rəsmi agentliyi NNA məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu qarşıdurma zamanı bölgəyə döyüş təyyarələri və helikopterlər cəlb edib. Qəsəbədə fasilələrlə atışmalar davam edir.

Qeyd olunub ki, İsrail qüvvələri şəhərin Böyük Bazar girişində yerləşən bir neçə evi dağıdıb. 

Eyni zamanda, İsrail hərbi təyyarələrinin Tebnine qəsəbəsinə hava zərbələri endirdiyi və yerli xəstəxanaya ciddi ziyan dəydiyi qeyd olunur.

ABŞ Prezidenti Donald Tramp şəxsi “Truth Social” platformasında paylaşım edərək qeyd edib ki, İsrail və Livan liderləri cümə axşamı günü 34 ildən sonra ilk dəfə birbaşa görüş keçirəcəklər:

“İsrail ilə Livan arasında müəyyən qədər nəfəs alma imkanı yaratmağa çalışırıq. İki liderin sonuncu dəfə danışığından təxminən 34 il keçir. Bu görüş sabah baş tutacaq".

İranda Nizamın Məsləhətini Müəyyənləşdirmə Şurasının üzvü Mohsen Rızayi ABŞ ilə əldə olunan atəşkəsin uzadılmasının İranın maraqlarına uyğun olmadığını bildirib.

O, bunun tam atəşkəs deyil, “hərbi səssizlik” olduğunu vurğulayaraq deyib:

“Atəşkəsin uzadılması qətiyyən bizim xeyrimizə deyil. Bu, mənim şəxsi fikrimdir. Təzyiqlər ciddi şəkildə artırılmalıdır. Hazırda buraxılış qurğularımız düşmən gəmilərinə tuşlanıb və istənilən an onları məhv edə bilərik".

Əfsanə

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
1
cebheinfo.az

2Sources