EN

NATO Avropanın müdafiə sənaye siyasətində təsir uğrunda Aİ ilə rəqabət aparır

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və Avropa İttifaqı (Aİ) Avropada artan müdafiə xərclərinə nəzarət etmək uğrunda mübarizə aparır.

Bizimyol.info xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Donald Trampın yaratdığı təhlükələrə cavab olaraq “yenidən silahlanmaya yönələcək əlavə ildə 1 trilyon dolların necə istifadə ediləcəyi” ətrafında kəskin mübahisə yaranıb. ABŞ rəhbərliyi altında İkinci Dünya müharibəsindən bəri Avropanın təhlükəsizliyini təmin edən alyans uzun müddətdir ki, Brüsselin müdafiə səlahiyyətlərini öz üzərinə götürməsinə qarşı çıxır. Lakin Vaşinqtonun müttəfiqlərə öz hərbi qüvvələrinə daha çox investisiya yatırmaq tələbi Aİ-ni silah istehsalı sahəsində siyasətini yenidən nəzərdən keçirməyə məcbur edib. Qeyd olunur ki, bu sahədə ittifaq NATO-dan daha böyük təcrübəyə malikdir.

“Aİ müdafiə-sənaye siyasətində təsir uğrunda mübarizə davam edir,” – deyə Aİ rəsmilərindən biri bildirib. “Söhbət istehsalın genişləndirilməsini kimin idarə edəcəyi və bunun gələcəkdə Avropada istifadə olunacaq silahlara necə təsir edəcəyindən gedir.” Müzakirələrin əsas mövzularından biri də Avropa silahlanma prosesində ABŞ istehsalı olan silahların rolu ilə bağlıdır. NATO Aİ-nin daha geniş sənaye strategiyası çərçivəsində irəli sürdüyü “Avropadan al” yanaşmasına qarşı çıxır.

“Avropalıların qitənin müdafiəsində aparıcı rol oynaması zərurətində həm Aİ, həm də NATO razıdır. Lakin bu məqsədə çatmağın yolları barədə fərqli mövqedədirlər,” – deyə Avropa İttifaqının Təhlükəsizlik Araşdırmaları İnstitutunun analitiki Cüzeppe Spatafora bildirib. Onun sözlərinə görə, Brüssel müdafiə-sənaye sektorunda “daxili Avropa əməkdaşlığını gücləndirməyə çalışır… NATO üçün isə müdafiə-sənaye siyasəti transatlantik xarakter daşımalıdır”.

“Alyans avropalıların hansı silah növlərinə ehtiyacı olduğunu müəyyən edə bilər. Lakin bunu həyata keçirmək üçün normativ və maliyyə alətləri məsələsinə gəldikdə, onun imkanları məhduddur,” – deyə Aİ rəsmisi əlavə edib.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
icma.az

1Sources