EN

ABŞ ordusunun komandanı 6 ölkədən olan həmkarları ilə İranı müzakirə edib

Bakı.Trend:

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM)rəhbəri, admiral Bred Kuper son iki həftə ərzində Yaxın Şərqin altıölkəsinə səfər edib və İranla qarşıdurmanın gələcək strategiyasıilə bağlı həmin ölkələrin hərbi rəhbərliyi ilə danışıqlaraparıb.

Trend xəbər verirki, bu barədə CENTCOM-un bəyanatında qeyd olunub.

“Admiral Bred Kuper son 15 gün ərzində Yaxın Şərqə ikincisəfərini başa vurub. O, altı dövlətdə regional tərəfdaşlarladanışıqlar aparıb və ABŞ-nin hərbi bazalarına baş çəkib”, – deyəbəyanatda bildirilir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Məqalədə:
Chosen
6
az.trend.az

1Sources