EN

Qanuna əməl etməməyin sonu ağır qəza ilə bitdi VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda baş verən yol-nəqliyyat hadisəsinin videosu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Qarabağ küçəsilə Əhməd bəy Ağaoğlu küçəsinin kəsişməsində baş verib. Belə ki, sürücülərdən biri dayanaraq keçidi keçən piyadaya yol verib. Bu zaman sol zolaqla hərəkət edən digər sürücü dayanmadan hərəkətinə davam edərək keçiddəki piyadanı vurub. Nəticədə piyada yerə yıxılaraq xəsarət alıb.

"Yol hərəkəti haqqında" qanunun 54-cü maddəsində qeyd olunub ki, əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.

Videodan da aydın şəkildə görünür ki, sürücü qanunun bu müddəsına əməl etmədiyi üçün qəza qaçılmaz olub.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
avtosfer.az

1Sources