EN

Türkiyədə məktəblərə edilən hücumlarla bağlı kütləvi həbslərə başlanıb

Bakı.Trend:

Türkiyənin Şanlıurfa və Kahramanmaraş vilayətlərində məktəblərəedilən silahlı hücumlarla bağlı 80-dən çox insan saxlanılıb.

Trend bu barədəTürkiyə mediasına istinadən xəbər verir.

Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumları iləbağlı aparılan istintaq çərçivəsində ümumilikdə 83 nəfər nəfərbarəsində saxlanılma qərarı verilib. 940 sosial şəbəkə hesabınagiriş məhdudlaşdırılıb, 93 “Telegram” qrupu bağlanıb.

Barələrində həbs orderi verilən şəxslərin cinayəti vəcinayətkarı tərifləyən paylaşımlar etdiyi, həmçinin ictimai asayişihədəf alan məzmunlar yaydığı müəyyən edilib.

Şübhəli şəxslər barədə hüquqi tədbirlərin başlandığı qeydolunub, eyni zamanda rəqəmsal mühitdə nəzarətin sərt şəkildə davametdirildiyi vurğulanıb.

Qeyd edək ki, Şanlıurfa və Kahramanmaraşda məktəb hücumları 14və 15 aprel tarixlərində ardıcıl şəkildə baş verib. ŞanlıurfanınSiverek rayonunda hücum nəticəsində 16 nəfər yaralanıb, hücumçu isəhadisədən sonra intihar edib.

Ertəsi gün Kahramanmaraşda orta məktəbdə baş verən hücumdacinayətkar şagird daxil olmaqla 10 nəfər (1 müəllim və 8 şagird)həlak olub, 13 nəfər yaralanıb. Hücumçu hadisədən sonra özünüöldürüb

Məqalədə:
Chosen
35
2
az.trend.az

3Sources