EN

Amerikalı generaldan ŞOK XƏBƏRDARLIQ: Rusiya nüvə partlayışı törədəcək, 10 min peyk… KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

Rusiya orbitdə nüvə silahı yerləşdirərək “kosmik Perl-Harbor” tipli hücum həyata keçirməyi planlaşdıra bilər.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Kosmik Komandanlığının rəhbəri general Stiven Uaytinq The Times nəşrinə müsahibəsində deyib.

Generalın sözlərinə görə, ABŞ bu planlardan ciddi şəkildə narahatdır. Rusiya aşağı Yer orbitində yerləşdiriləcək nüvə tipli antisatellit silahını nəzərdən keçirir ki, bu da minlərlə peyk üçün təhlükə yarada bilər.

Belə ki, 300–1200 mil (təxminən 480–1900 km) yüksəklikdə baş verəcək nüvə partlayışı 10 minə qədər peyki sıradan çıxaracaq ki, bu da ümumi peyk sayının təxminən 80 faizinə bərabərdir. Nəticədə təkcə hərbi kəşfiyyat və naviqasiya sistemləri deyil, həm də mülki rabitə, internet, mobil əlaqə və GPS xidmətləri ciddi zərər görə bilər.

Uaytinq əlavə edib ki, Rusiya artıq peyk rabitəsi və GPS siqnallarının genişmiqyaslı pozulması (güclü “jammer” fəaliyyəti) ilə məşğuldur və bu, Şərqi və Cənubi Avropada mülki aviasiya üçün risk yaradır.

O, həmçinin Çini ABŞ üçün kosmosda ən böyük rəqib adlandıraraq qeyd edib ki, Pekin bu sahədə çox sürətlə və narahatedici tempdə irəliləyir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
57
38
konkret.az

10Sources