“Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin güclü həyəcan keçirdiyi anların görüntüləri yayımlanıb.
QOL.az xəbər verir ki, video bir azarkeş tərəfindən UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Atletiko” - “Barselona” matçının (1:2, ilk oyun 2:0) sonlarında çəkilib. Görüntüdə 55 yaşlı argentinalı mütəxəssisin həyəcan səbəbindən nəfəs almaqda çətinlik çəkdiyi əks olunub.
Xatıradaq ki, “Atletiko” iki oyununun nəticəsinə əsasən ÇL-də yarımfinala vəsiqə qazanıb.