Bakı, Sumqayıt, Mingəçevir şəhərilərində və Biləsuvar, Bərdə rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərinin təmir işlərinə 447 667 AZN sərf olunacaq.
Pravda.az-ın xəbərinə görə, xidməti “İs Təmir Tikinti” MMC göstərəcək.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və şirkət arasında müqavilə bağlanıb.
Cabir
Tarix: 16 Aprel 2026, 09:35