EN

Bu həftə Livanda atəşkəs gözlənilir

Yazını böyüt
Yazını kiçilt

Livanda atəşkəs tezliklə elan edilə və bu həftənin əvvəlində qüvvəyə minə bilər.

Hafta.az xəbər verir ki, mənbələrin gümanına görə, İsrail qüvvələri Livanın cənubundakı Bint Cbeil məntəqəsi üzərində nəzarəti ələ keçirdikdən sonra baş verəcək. Adı çəkilməyən Livan rəsmisi qəzetə bildirib ki, atəşkəs İsrailin hücumlarının dayandırılmasını nəzərdə tutacaq.

Livanın hökumət mənbələri atəşkəsin müddətinin ABŞ və İran arasında qüvvədə olan atəşkəslə əlaqəli olacağını bildiriblər. Daha əvvəl ABŞ və İsrail Livana hücumların dayandırılmasının Vaşinqton və Tehran arasındakı razılaşmaya daxil olmadığını iddia etmişdilər./“Financial Times”/

Chosen
17
1
hafta.az

2Sources