EN

Türkiyədəki məktəb atışmasında həlak olan müəllimə uşaqları öz bədəni ilə qoruyub

Türkiyədəki

Türkiyənin Qəhrəmanmaraş şəhərində məktəbə hücum nəticəsində həlak olan müəllimə Ayla Qara şagirdlərini hücum edəndən qoruyub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "A Haber" telekanalı məlumat yayıb.

"Hadisə nəticəsində öz şagirdlərini bədəni ilə sipər edərək qoruyan riyaziyyat müəlliməsi Ayla Qara həlak olub", — deyə materialda bildirilir.

Aprelin 15-də Qəhrəmanmaraş şəhərindəki orta məktəbin 8-ci sinif şagirdi təhsil müəssisəsində atışma törədib. O, məktəbə beş ədəd silah və yeddi dolu daraq gətirib. Hadisə nəticəsində 9 nəfər həlak olub (8 şagird və müəllimə), 17 nəfər yaralanıb. Hücum edən şəxs özü də ölüb.

Məryəm Quliyeva

Chosen
32
xalqcebhesi.az

1Sources