EN

“Bavariya”da futbolçular yox, baş məşqçi cəzalı duruma düşdü

style='margin-bottom:10px;'>

“Bavariya”nın baş məşqçi Vinsen Kompani UEFA Çempionlar Liqasında cəzalı duruma düşüb.

QOL.az xəbər verir ki, 41 yaşlı belçikalı mütəxəssis Çempionlar Liqasının 1/4 finalında “Real”la cavab oyununda (4:3) sarı vərəqə alıb. Bu, onun yarışda ikinci “sarı”sı olub. Ona görə də Kompani yarımfinalın PSJ ilə ilk matçını buraxacaq.

“Bavariya”nın idman direktoru Maks Eberl bunu təəccüblə qarşılayıb. O, “Sky Sport Germany” telekanalına deyib:

“Dedik ki, əla, heç bir futbolçu diskvalifikasiya olunmayıb. İndi isə məşqçi cəzalandırılıb? İlahi!”

Qeyd edək ki, komandalar arasında ilk oyun aprelin 28-də, cavab görüşü isə mayın 6-da keçiriləcək.

Chosen
27
1
teleqraf.com

2Sources