EN

Tramp sıxışır, dünya razılaşır: İran böhranında final başlandı - Pakistan Müdafiə naziri Tehranda...

Savaşın sonu görünür: İranla razılaşma qaçılmaz olur...

Bir qədər əvvəl Pakistanın müdafiə naziri İrana səfər edib. Səfərin məqsədinin Tehrana danışıqlar üçün ön şərtlərin təqdim edilməsi olduğu bildirilir.

Bir neçə saat öncə isə İranın xarici işlər naziri Abbas Əraqçı Çin xarici işlər naziri Van İ ilə telefon danışığı aparıb. Çin rəsmisi bəyan edib ki, rəsmi Pekin İranın özünümüdafiə hüququnu tanıyır və eyni zamanda danışıqlar prosesini dəstəkləyir.

Xatırladaq ki, 15 apreldə ABŞ prezidenti Donald Tramp da Çinin danışıqları dəstəkləyə biləcəyinə işarə edən açıqlama verib. Rusiya tərəfi də üstüörtülü şəkildə eyni mövqedən çıxış edərək diplomatik həll variantını önə çəkir.

Mövcud vəziyyət göstərir ki, əsas məqsəd danışıqları bərpa etmək və ortaq razılaşma yolunu tapmaqdır. Çünki proses getdikcə dalana dirənir və geri dönməz xarakter almağa başlayır. Belə bir şəraitdə vəziyyətdən yeganə çıxış yolu hər iki tərəf üçün ləyaqətli sonluğun təmin olunmasıdır.

Bu yanaşmanı ABŞ-da da səsləndirilən bəzi fikirlər təsdiqləyir. Məsələn, vitse-prezident Cey Di Vens də İranla mümkün barışıq və bu ölkənin yenidən inkişaf perspektivləri ilə bağlı oxşar mövqeni ifadə edib. 

Screenshot_3.png

Ehtimallar ondan ibarətdir ki, mümkün razılaşma çərçivəsində İrana tətbiq olunan sanksiyalar mərhələli şəkildə aradan qaldırıla bilər, Hörmüz boğazı açıq saxlanılar və müəyyən təzminat mexanizmləri tətbiq olunar. Yüksək faizlə zənginləşdirilmiş uranın isə Rusiya vasitəsilə aşağı faizli uranla barter olunması kimi variantlar da müzakirə predmeti ola bilər.

Bunlar təbii ki, ehtimal və proqnoz xarakteri daşıyır. Detallar dəyişə bilər, lakin ümumi mənzərə ondan ibarətdir ki, tərəfləri qane edəcək kompromis model üzərində iş gedir.

Bu prosesdə maraqlı məqamlardan biri də Rusiya və Çinin ABŞ prezidenti Trampın siyasi “xərclənməsini” istəməməsidir. Görünür, onlar Vaşinqtonda sürətli siyasi böhran ssenarisini məqsədəuyğun hesab etmirlər və müəyyən mənada mövcud administrasiyanın qorunub saxlanmasına çalışırlar.

Digər tərəfdən, prosesə təsir edən güclər də kifayət qədər müxtəlifdir. Bir tərəfdə İsrail, daha dəqiq desək, baş nazir Benyamin Netanyahu və radikal sağçı siyonist dairələr, digər tərəfdə isə Tramp administrasiyasına təzyiq göstərən daxili rəqiblər, eləcə də Avropa və Vatikan faktoru mövcuddur. 

Screenshot_4.png

Bütün bu mürəkkəb geosiyasi kombinasiya fonunda belə bir ehtimal da irəli sürülür ki, prosesin sonunda ABŞ-ın Fars körfəzi regionundakı mövcudluğu zəifləyə və ya mərhələli şəkildə geri çəkilmə prosesi başlaya bilər. Bu isə yeni qlobal güc balansının formalaşması deməkdir.

Yeri gəlmişkən, bir qədər əvvəl Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan da çıxışında bu istiqamətdə mesajlar verib və regionda yeni mərhələnin başlaya biləcəyinə işarə edib.

98C3D255-0CCC-4720-BCC8-BBDFC3749638.jpeg

Kənan Rövşənoğlu, siyasi şərhçi

Chosen
78
musavat.com

1Sources