EN

Arda Güler tarix yazır

style='margin-bottom:10px;'>

"Real"ın futbolçusu Arda Güler Madrid klubunun tarixinə düşüb.

QOL.az xəbər verir ki, "Real" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında səfərdə “Bavariya”nın qonağıdır.

Arda matçın 35-ci saniyəsində “Bavariya”nın qapıçısı Manuel Noyer ötürmə zamanı kobud səhvindən sonra topu ələ keçirib və uzaq məsafədən boş qapını dəqiq nişan alıb. Türkiyəli yarımmüdafiəçi bununla  “Real"ın Çempionlar Liqası tarixində vurduğu ən sürətli qolun müəllifi olub. ​O, həm də "Real"la Çempionlar Liqasında ilk qolunu vurub.

Matçın 29-cu dəqiqəsində isə gənc futbolçu cərimə zərbəsindən gözəl qol vuraraq komandasını yenidən hesabda önə çıxarıb.

Chosen
23
1
teleqraf.com

2Sources