ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məşhur rus səyahətçi və ekstremal Yuri Masloboyev Novosibirskdə həlak olub.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Novosibirsk su anbarında snoukaytinqlə məşğul olan zaman buzun altına düşüb.
Müdafiə geyimi olmayan 65 yaşlı səyahətçini sudan çıxarmaq mümkün olub. Hətta onun ürək ritmini bərpa ediblər. Amma xəstəxanaya aparılan zaman yolda keçinib.
Qeyd edək ki, Masloboyev sağlığında bir sıra səyahətlərin iştirakçısı olmuşdu. Atlantik okeanı təkbaşına katamaranda keçməklə isə bütün dünyada məşhurlaşmışdı.
L.Tağıyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.