EN

Kraliça uşaqlarla Ledi Qaqanın mahnısını oxudu VİDEO

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Niderland kraliçası Maksima uşaqlarla birlikdə Ledi Qaqanın hitini ifa edib.

Redaktor.az xəbər verir ki, bu haqda HLN məlumat yayıb.

Belə ki, Niderland kral cütlüyü Mayamidə bir məktəbə baş çəkərkən bəzi şagirdlərlə söhbətləşib. Onlar dil və sənət haqqında danışıblar. Daha sonra uşaqlardan bəziləri kral ailəsi üzvləri üçün mahnı oxumağa başladılar. Maksima uşaqlarla birlikdə Ledi Qaqa və Bruno Marsın “Die with a Smile” mahnısını da ifa edib.

Qeyd edək ki, kral Villem-Aleksandr və kraliça Maksimanın Ledi Qaqanın pərəstişkarı olduğu məlumdur. Onlar müğənninin 2025-ci ildə Amsterdamda keçirilən konsertinə də qatılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
3
redaktor.az

4Sources