EN

DMM: Kahramanmaraş və Şanlıurfadakı insidentlərlə bağlı dezinformasiyalar yayılır FOTO

ain.az bildirir, Moderator.az portalına istinadən.

Kahramanmaraşda silahlı hücum edən şəxsin polis tərəfindən məktəbdən sağ çıxarılması, Şanlıurfada isə təhsil müəssisəsinə hücum edənin hadisədən bir gün əvvəl həbs edilib azadlığa buraxılması barədə iddialar əsassızdır.

Moderator.az xəbər verir ki, bu, Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzinin (DMM) paylaşdığı məlumatda qeyd olunub.

"Sözügedən paylaşımlar ictimaiyyət arasında xaos yaratmağı, qurumları hədəf almağı və dövlətə olan etimadı zəiflətməyə hesablanan təxribatdır", - DMM-dən əlavə olunub.

Bildirilib ki, ictimai asayişi hədəf alaraq yalan məlumatlar yayan, dezinformasiya vasitəsilə xalqı kin və düşmənçiliyə sövq edən bu dairələrə qarşı hüquqi proseslər başladılıb:

"İctimaiyyətdən təxribatçı cəhdlərə qarşı yalnız rəsmi orqanlar tərəfindən verilən açıqlamaları nəzərə alması təkidlə xahiş olunur".

Qeyd edək ki, aprelin 14-də Şanlıurfada məktəbə silahlı hücum olub. Aprelin 15-də Kahramanmaraşdakı məktəbə hücum nəticəsində isə bir müəllim və səkkiz şagird ölüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
2
moderator.az

3Sources