Çempionlar Liqasının çeyrək finalı çərçivəsində hazırda "Bavariya"-"Real Madrid" oyunu keçirilir.
Almaniyada baş tutan oyunda hesabı "Real"ın türkiyəli ulduzu Arda Gülər açıb. Gənc oyunçu 40-cı saniyədə fərqlənib. Bundan dəqiqələr sonra alman klubu hesabı bərabərləşdirib. İngilis futbolçu Harry Kane fərqlənib. Bu hesabla ümumi nəticə 3-2 almanların xeyrinədir. İki klubdan biri hökmən yarımfinala çıxmalıdır.
Oyunun nəticələri barədə məlumat verəcəyik.
Cavanşir ABBASLI
Musavat.com