EN

Kraliça uşaqlarla sevimli müğənnisinin mahnısını oxudu - VİDEO

Niderland kraliçası Maksima uşaqları ilə birlikdə Ledi Qaqanın hit mahnısını oxuyub.

"Unikal" xəbər verir ki, kraliça Mayamidəki bir məktəbə baş çəkərkən bəzi şagirdlərlə ünsiyyət qurub. Onlar dil və incəsənət mövzularını müzakirə ediblər. Daha sonra uşaqlardan bəziləri kral ailəsi üzvləri üçün mahnı oxumağa başlayıb. Maksima həmçinin uşaqlarla birlikdə Ledi Qaqa və Bruno Marsın "Təbəssümlə öl" (“Die with a Smile”) mahnısını da oxuyub.

Kral Villem-Aleksandr və Kraliça Maksimanın Ledi Qaqanın uzun müddətli pərəstişkarları olduqları bilinir. Onlar müğənninin 2025-ci ildə Amsterdamda keçirilən konsertində iştirak ediblər.

Chosen
21
unikal.az

1Sources