EN

Bu ölkədə papağa görə 3000 dollar cərimə edilir

Vyetnamda papaqla bağlı qadağa diqqət çəkir.Metbuat.az xəbər verir ki, hakimiyyət, xüsusən də turizm zonalarında və ictimai yerlərdə ölkənin tarixi keçmişinə və milli dəyərlərinə hörmət edən geyim tərzi tələb edir. Məlumata görə, qadağaya Vyetnam müharibəsini (1955-1975) xatırladan və ya ona işarə edən hərbi mövzulu aksesuarlar daxildir. Bildirilir ki, qadağa papağın özü ilə deyil, üzərindəki vizual və mesajlarla bağlıdır. Xüsusilə, üzərində "Vyetnam müharibəsi qəhrəmanı Koreya" yazısı olan papaqlar yerli hakimiyyət orqanları tərəfindən təxribat hesab olunur.

Belə papaqlardan əsasən Cənubi Koreyalı turistlər istifadə edir. Bildirilir ki, qaydanı pozan ziyarətçilər təxminən 3000 ABŞ dolları cərimə ilə üzləşə bilərlər.

Chosen
41
metbuat.az

1Sources