EN

NATO dan Ukraynaya 60 milyard dollarlıq jest Rutte şad xəbəri verdi

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

NATO-nun baş katibi Mark Rutte bildirib ki, 2026-cı ildə Alyansa üzv ölkələr Ukraynaya 60 milyard dollar həcmində hərbi yardım göstərməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Berlində keçirilən “Ramştayn” formatlı iclasın açılışında deyib.

Onun sözlərinə görə, bu məbləğ Avropa İttifaqı tərəfindən ayrılması nəzərdə tutulan 90 milyard avroluq kredit proqramını əhatə etmir. Ruttenin sözlərinə görə, Aİ-nin maliyyə dəstəyi NATO ölkələrinin ikitərəfli yardımlarına əlavə olmalıdır.

Baş katib qeyd edib ki, Ukraynaya dəstəyin əsas prioritetləri hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və uzaqmənzilli sursatlardır. O, həmçinin Alyans daxilində xərclərin daha ədalətli bölüşdürülməsinin vacibliyini vurğulayıb.

Bundan əlavə, NATO rəhbəri ABŞ istehsalı olan silahların Ukrayna üçün alınmasını nəzərdə tutan PURL mexanizmi çərçivəsində işlərin davam etdiyini diqqətə çatdırıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
61
globalinfo.az

1Sources