Kiprin Pila kəndi yaxınlığında yerləşən BMT-yə məxsus bufer zonasında gərginlik artıb. Hadisə adadakı yunan və türk icmalarının ziddiyyətli açıqlamalarına səbəb olub.
Bizim.Media “globalinfo.az”a istinadÉ™n xÉ™bÉ™r verir ki, yunan tÉ™rÉ™fi TürkiyÉ™nin bölgÉ™yÉ™ 15 tank göndÉ™rdiyini, mülki geyimdÉ™ polis É™mÉ™kdaÅŸlarının yerləşdirildiyini vÉ™ Åžimali Kipr Türk Respublikası bayrağının qaldırıldığını iddia edir.
Lakin BMT sülhməramlı missiyası bu məlumatları təkzib edib. Bildirilib ki, texnika və qüvvələr bufer zonaya daxil olmayıb, yalnız türk tərəfinin nəzarətində olan ərazidə yerləşdirilib.
Türk tərəfi isə hadisənin hərbi deyil, təsərrüfat mübahisəsi ilə bağlı olduğunu açıqlayır. Onların sözlərinə görə, yunan tərəfi heyvan xəstəliyi ilə əlaqədar yoxlama aparmaq üçün sərhədi keçmək istəyib, lakin buna icazə verilməyib.
Bölgədə BMT və Britaniya qüvvələrinin patrulları gücləndirilib. Vəziyyət hazırda sabitdir, lakin tərəflər arasında gərginlik qalmaqdadır.
Bizim.Media