EN

“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı Lənkəran şəhərində konsert proqramı ilə çıxış edib

Lənkəran, 15 aprel, AZƏRTAC

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bədii kollektivlərin qastrol proqramı davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı Lənkəran şəhərində konsert proqramı ilə çıxış edib. Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilən konsertdə ansamblın ifasında Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları və milli rəqslər təqdim olunub.

Qeyd edək ki, aparıcı bədii kollektivlərin qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.

Müxbir - İlkin Adıyev

Chosen
40
azertag.az

1Sources