EN

Azərbaycanın 3x3 basketbol yığmasının rəqibləri məlum olub

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının Dünya Kubokundakı rəqibləri müəyyənləşib.

Azərbaycan Basketbol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yığmamız A qrupunda Niderland, Polşa, Çexiya və Madaqaskar komandaları ilə üz-üzə gələcək.

Turnir iyunun 1-dən 7-dək Varşava şəhərində təşkil olunacaq. Azərbaycan millisinin qrup mərhələsində güclü rəqiblərlə qarşılaşacağı gözlənilir. Komandamızın əsas məqsədi qrupdan çıxaraq növbəti mərhələyə vəsiqə qazanmaqdır.

Chosen
21
90deqiqe.az

1Sources