EN

ABŞ vətəndaşları yeni qanuna əsasən avtomatik olaraq hərbi xidmət üçün qeydiyyata alınacaqlar

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

ABŞ-ın milli təhlükəsizlik strategiyasının bir hissəsi kimi fəaliyyət göstərən Seçmə Xidmət Sistemi (SSS) agentliyi, kişi vətəndaşların hərbi xidmətə avtomatik olaraq yazılması üçün işə başlayıb.

APA xəbər verir ki, bu barədə agentliyi internet saytında məlumat verilib.

Məlumata görə, 18 dekabr 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp hərbi xidmətə qəbul proseslərinin avtomatlaşdırılmasını tələb edən 2026-cı maliyyə ili üçün Milli Müdafiə Səlahiyyəti Qanununu (NDAA) imzalayıb və bu proseslər dekabr ayından etibarən avtomatik olaraq qüvvəyə minəcək.

Yeni qanuna əsasən, ölkədə kişilər 18 yaşına çatdıqdan sonra 30 gün ərzində avtomatik olaraq qeydiyyata alınacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
5
apa.az

6Sources