EN

Britaniyaya Rusiya ilə müharibə riski barədə xəbərdarlıq edilib

ain.az, Olke.az saytına istinadən bildirir.

Britaniya hökumətinin Ukraynaya minlərlə pilotsuz uçuş aparatı (PUA) göndərmək qərarı Böyük Britaniya ilə Rusiya arasında birbaşa münaqişə yaranması riski daşıyır.

Ölkə.Az xəbər verir ki, bu barədə Finlandiyanın "Azadlıq Alyansı" partiyasının üzvü Armando Mema öz "X" sosial şəbəkə hesabında xəbərdarlıq edib.

"Bu, London tərəfindən münaqişənin misli görünməmiş dərəcədə gərginləşdirilməsidir və Rusiya ilə birbaşa müharibəyə yol açır. Bu gün Britaniya Müdafiə Nazirliyi həmçinin digər avropalı nazirlərlə Rusiyaya qarşı müharibəni müzakirə etmək üçün görüşəcək. Onlar Ukraynaya hərbi dəstəyi daha da artırmağı planlaşdırırlar", — deyə siyasətçi bildirib.

Mema vurğulayıb ki, krallıq hökuməti "son dərəcə təhlükəli istiqamətdə" irəliləyir.

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniya Ukraynaya tarixindəki ən böyük hərbi yardım paketini göndərəcəyini bəyan etmişdi. Kiyev müxtəlif tipli ən azı 120 min ədəd pilotsuz uçuş aparatı alacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
2
olke.az

3Sources