EN

I Liqa: MOİK qələbə qazandı, Qusarda hesab açılmadı

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan I liqasında 22-ci tur start götürüb. Sport24.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

MOİK evdə "Zaqatala"nı 2:1 hesabı ilə məğlub edib. "Şahdağ Qusar" – "Cəbrayıl" matçı isə başladığı hesabla bitib (0:0).

Tura sabah oynanılacaq 3 görüşlə yekun vurulacaq.

15 aprel (çərşənbə)

15:00. MOİK – "Zaqatala" – 2:1

Qollar: N.Mark, 9, S.Fərəcov, 28 – R.İsmayılov, 18

Binə qəsəbə stadionu

16:00. "Şahdağ Qusar" – "Cəbrayıl" – 0:0

Şamaxı OİK stadionu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
36
sport24.az

1Sources